Dəmir yolları gücləndirilmiş rejimdə çalışacaq

18:00 21.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

ADY-dan hafta.az-a verilən məlumata görə, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.